AZ

Bakı və Abşeronda bu evlərin qiyməti artacaq

"Azərbaycanda qanunsuz evlərin amnistiyası həmin fərdi evlərin qiymətlərinin artmasına səbəb olacaq".

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.

O bildirib ki, bu gün sənədsiz evlər maya dəyərindən ucuz satılır: 

"Hətta bəzən satış qiyməti evin tikinti xərcini belə ödəmir. Çünki o evlərin sənədi olmadığına görə riskli hesab edilir və alan olmur. Ancaq o evlər sənədləşdirildikdən sonra daha baha qiymətə satılacaq. Yəni bu gün vətəndaş evə 50 min manat xərc çəkibsə, sənədi yoxdur deyə məcburən 30-40 min manata satır. Amma sənədi olduqdan sonra 60-70 min manata bazara təklif edəcək. Digər tərəfdən nəzərə almalıyıq ki, torpaq sahlərinin də qiyməti artmaqda davam edir".

Ekspert onu da əlavə edib ki, qanunsuz evlərin amnistiyası qərarı eyni zamanda vətəndaşların sosial marağını təmin edəcək.

Qeyd edək ki, Azərbaycanda daşınmaz əmlak obyektləri üzərində hüquqların rəsmiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin iyulun 16-da imzaladığı fərman 100 minə yaxın vətəndaşa sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı yaradacaq.

Seçilən
15
3
hit.az

4Mənbələr