AZ

İsveçrə saatlarına Tramp zərbəsi: Səhmlər ucuzlaşır

Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.

"The Guardian" qəzetinin yaydığı məlumata görə, Britaniyanın paytaxtı London şəhərində qeydiyyata alınmış "Watches of Switzerland" pərakəndə satış şirkəti səhmləri 5%-dən artıq ucuzlaşıb. İqtisadçılar diqqətə çatdırırlar ki, belə bir şəraitdə sözügedən şirkətin ABŞ ərazisində satışları da zəifləyə bilər. Bu baxımdan şirkətin ya rəqabət mühitindən çəkilmək, yaxud öz mənfəətinə zərər vurmaq bahasına qiymətlərini azaltmaq məcburiyyətində qalacağı gözlənilir.

İsveçrə: "Məsələ öz həllini danışıqlar yolu ilə tapmalıdır"

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın imzaladığı sərəncamla "qlobal ticarəti Vaşinqtonun xeyrinə yenidən formalaşdırmaq məqsədilə" onlarla ölkəyə yüksək tariflər irəli sürülüb. İxrac tarifləri çərçivəsində ən yüksək göstərici (50%) Braziliyanın "payına düşüb". Eyni zamanda, İsveçrədən gələn mallara 39%, Kanada üçün 35%, Hindistan üçün 25%, Tayvan və Türkiyə üçün 20%, İsrail üçün 15% gömrük rüsumu nəzərdə tutulub. Sərəncamda vurğulanmayan bütün digər ölkələr üçün gömrük rüsumu isə 10%-də qərarlaşıb. İsveçrə hökuməti Prezident Donald Trampın bu addımı "böyük təəssüf hissi ilə" qarşılayıb. İsveçrə Federal Şurasının yaydığı bəyanatda bildirilib ki, iki ölkə arasında ortaq məxrəcə gəlmək məqsədilə Vaşinqtonun məsul orqanları ilə təmas yaradılmasına başlanıb. Firudin Həmidli

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
azvision.az

2Mənbələr