AZ

Azər Aslanov: “Azərbaycan kikboksçuları beynəlxalq yarışlarda ölkəmizin adını şərəflə ucaldırlar”

Azərbaycan kikboksçularının beynəlxalq yarışlarda nailiyyətləri ölkədə idman hərəkatının daha da genişlənməsinə uğurlu təsir göstərir. Bununla həm də kikboksçularımız ölkəmizdə idman hərəkatına öz töhfələrini verirlər. 

Bu sözləri  Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Azər Aslanov qeyd edib.

“Bu gün Azərbaycan kikboksçuarı ölkəmizin adını şərəflə ucaldırlar. Üçrəngli bayrağımızı zirvələrə qaldırırlar. Azərbaycan kikboksçuları ilk gündən ölkə rəhbərinin idman siyasətində fəallıqları ilə seçiliblər. Bundan sonra da belə olacaq. Çünki dövlətimizin idmana diqqət və qayğısı kikboksçularımıza böyük mənəvi-psixoloji dəstəkdir”.

A.Aslanov Azərbaycan Kikboksinq Federasiyası ölkənin idman hərəkatında xüsusi fəallığı ilə seçilən idman təşkilatlarından birinə çevrildiyini diqqətə çatdırıb.

Seçilən
27
2
demokrat.az

3Mənbələr