Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Mədəniyyətimiz üçün çox ağır itkidir, muğamımızın əsas sütunu bizi tərk etdi. Sonuncu dəfə onu xəstəxanada ziyarət etmişəm”.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib.
O bildirib ki, Arif Babayevin Azərbaycan musiqisinə xidməti əvəzsizdir: “Yüzlərlə istedadlı xanəndə yetişdirib. Həmişə gənclərə dəstək olub. Nə qədər Azərbaycan xalqı var, Arif Babayev unudulmayacaq. Əsərləri, ifaları onu daim yaşadacaq”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.