AZ

Castin Timberleyk bu xəstəlikdən əziyyət çəkir

Dünyaca məşhur müğənni Castin Timberleyk “The Forget Tomorrow World Tour” adlı dünya turunun sonuna yaxın pərəstişkarları ilə gözlənilməz və narahatedici bir xəbər paylaşıb. Sənətçi Lyme xəstəliyinə tutulduğunu açıqlayıb.

Adalet.az xəbər verir ki, Timberleyk bu barədə "Instagram" hesabında paylaşım edib. 

"Bu xəstəliklə yaşamaq həm fiziki, həm də psixoloji cəhətdən dözülməz ola bilər. Nəhayət başa düşdüm ki, səhnədə yaşadığım dözülməz ağrılar, səbəbsiz yorğunluq və qəfil xəstələnmələr nədən qaynaqlanırmış", - o qeyd edib. 

Müğənni, bu səbəbdən turneni yarımçıq saxlamaq barədə ciddi düşündüyünü də qeyd edib. Qeyd edək ki, Timberleyk daha əvvəl bronxit, laringit və bel ağrıları səbəbindən bir neçə konserti təxirə salmışdı.

O, eyni zamanda bu xəstəlikdən əziyyət çəkən digər insanlara dəstək olmağı və bu problemin cəmiyyətə daha çox çatdırılması üçün çalışacağını bildirib.

Lyme xəstəliyi nədir?

Lyme xəstəliyi gənələrin yaydığı infeksiyadır. Bu xəstəlik dəridə səpgilər, yüksək hərarət, baş ağrısı, əzələ və oynaq ağrıları, həmçinin xroniki yorğunluqla müşayiət oluna bilər. ABŞ-də  - xüsusilə Nyu-York, Miçiqan və Pensilvaniya ştatlarında  bu il yoluxma hallarında artım qeydə alınıb.

 

Seçilən
30
5
adalet.az

6Mənbələr