ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
AzVision.az xəbər verir ki, bu borcun 41,9%-i birbaşa dövlət adından çıxış edən Maliyyə Nazirliyinin öhdəlikləri ilə formalaşıb. Nazirliyin payına 2,10 milyard dollar və ya 3,57 milyard manat düşüb. İkinci ən böyük borc portfeli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsusdur – 918 milyon dollar və ya 1,56 milyard manat. Onu "Azərbaycan Dəmir Yolları" QSC izləyir – qurumun öhdəliyi 748,3 milyon dollar və ya 1,27 milyard manat təşkil edir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üzrə xarici borcun həcmi 671,3 milyon dollar, Naxçıvan MR Dövlət Su Ehtiyatları Agentliyi üzrə isə 192 milyon dollar olub. Kənd Təsərrüfatı Nazirliyi 63,5 milyon dollar həcmində borc portfelinə malikdir. Qalan icraçı qurumların payına 444,4 milyon manat ekvivalentində borc düşür. Beləliklə, borcun 58,1%-i müxtəlif dövlət qurumları tərəfindən həyata keçirilən layihələr və proqramlar üzrə cəlb olunmuş xarici vəsaitlərdir. Bu struktur dövlət zəmanətli layihələrin əhəmiyyətli həcmini və müxtəlif sektorlarda xarici maliyyələşmənin rolunu əks etdirir. AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.