ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp Brüsseli hədələdiyi Avropa mallarına 30% tarif müqabilində AB-yə Amerikanın 1 trilyon dollar dəyərində enerji təchizatını almağı təklif edib.
Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri Ağ Evin yüksək rütbəli nümayəndəsinə istinadən məlumat yayıb.
“Tramp dedi ki, Avropa Birliyi onun prezidentliyi dövründə 1 trilyon dollar dəyərində enerji almalıdır. Sonda onlar 750 milyard dollarla qərarlaşdı, təbii ki, bu məbləğ də sizə böyük görünə bilər”, - mənbə bildirib.
Nəşr qeyd edib ki, AB üç il ərzində ABŞ-dan 750 milyard dollar enerji almaq öhdəliyi ilə bağlı tənqidləri yumşaltmağa çalışır:
“Çünki hətta bu azaldılmış məbləğ də bazar analitikləri, eləcə də “yaşıl tərəfdar”lar arasında narahatlıq yaradıb”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.