AZ

Ərdoğan ömürlük həbs cəzası alan şəxsi AZAD ETDİ – FOTO

Ərdoğan ömürlük həbs cəzası alan şəxsi səhhətinə görə azad edib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, prezident Ərdoğan Mersində keçmiş həyat yoldaşını qızlarının gözü qarşısında öldürən Əli Kapa verilən ömürlük həbs cəzasını səhhətinə görə ləğv edib.

Mersində keçmiş həyat yoldaşı Şenay Özü küçənin ortasında qızının gözü qarşısında öldürən Əli Kapaya verilən ağırlaşdırılmış ömürlük həbs cəzası prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə dəyişdirilib.

31 iyul 2025-ci il tarixli Rəsmi Qəzetdə dərc edilən 10156 saylı Prezidentin Fərmanına əsasən, Kapu, “uzunsürən xəstəlik” xəbərinə əsaslanaraq, cəzasının qalan hissəsi üçün əfv edilib.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
26
interpress.az

1Mənbələr