
Ukrayna Silahlı Qüvvələri Zaporojya vilayətinin şərq hissəsində irəliləyir.
Reyting.az xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitiklərinin yeni hesabatında deyilir.
Analitiklərin fikrincə, geolokasiya görüntülərindən bəlli olub ki,müdafiə qüvvələri bu yaxınlarda Hülyaipolun şimal-şərqində yerləşən Temirovka üzərində nəzarəti bərpa edib.
Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin Liman istiqamətində, yəni Dibrovanın cənubunda, Limanın şərqində bir neçə irəliləyişi qeydə alınıb.
Ukrayna Silahlı Qüvvələri, həmçinin Velykomıxaylivka istiqamətində irəliləyib və Malıyevka üzərində nəzarəti bərpa edib.
Bundan əvvəl qeyd olunurdu ki, Ukrayna qüvvələri Zaporojye vilayətinin Orexov şəhəri yaxınlığında bir neçə mövqelərini bərpa edə bilib. Bunu Ukraynanın cənub müdafiə qüvvələrinin nümayəndəsi Vladislav Voloşin təsdiq etmişdi.
ELÇİN