AZ

“Gəlmələr üçün orta təhsil pullu olsun” LDPR “Rusiya ruslar üçün” deyir, Kreml təsdiqləyir...

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiyada “daxili düşmən” və “bütün bəlaların baiskarı” statusuna gətirilən miqrantlara qarşı “səlib yürüşü” yeni çalarlar alır. İndi də miqrant ailələrindən olan uşaqların təhsil almaq hüququ əllərindən alınır.

Belə ki, Leonid Slutskinin başçılıq etdiyi LDPR fraksiyası Dövlət Dumasına Rusiya məktəblərinin yuxarı siniflərində miqrantlar üçün pulsuz təhsilin ləğvini təklif edən qanun layihəsi təqdim edəcək.

Rusiyadakı anti-miqrant və ümumilikdə şovinizm ab-havasını nəzərə alsaq, bu qanunun Dumadan asanlıqla keçəcəyi və Vladimir Putin tərəfindən təsdiqlənəcəyi heç bir şübhə doğurmur.

Həmin qanuna görə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yuxarı siniflərdə yalnız öz vəsaitləri hesabına təhsil alması mümkün olacaq.

Slutskinin dediyinə görə, Rusiyanın bir sıra bölgələrində məktəb yerlərinin kəskin çatışmazlığı var - ölkə üzrə 900 min nəfərə qədər. Əslində bu, o deməkdir ki, Ukrayna müharibəsinə yüz milyardlar axıdan Rusiya ölkə üzrə bütün şagirdləri yerləşdirə biləcək məktəblər tikməyə pul tapmır. Ancaq belə həqiqətləri Rusiyada kimsə dilinə gətirə bilməz...

Slutskinin fikrincə, miqrant axını təhsilin keyfiyyətini aşağı salır və müəllimləri həddən artıq yükləyir. Ona görə də yeni qanun büdcənin yükünü azaldacaq və guya təhsil prosesini təkmilləşdirəcək: "Təhsil müəssisələrimiz minlərlə miqrant uşaqla doludur. Xüsusilə 10-11-ci siniflərdə sıxlıq yaranıb. Müəllimlər həddən artıq yüklənir, müvafiq olaraq, tədrisin keyfiyyəti aşağı düşür, gəlmələrin, qeyri-rusların əhəmiyyətli bir hissəsinin akademik göstəriciləri aşağıdır ki, bu da öyrənmə tempini ləngidir və yuxarı siniflərdəki rus məktəblilərə mane olur...”

Beləliklə, Rusiya cəmiyyəti sürətlə “skinxedlər”in bir vaxtlar əsas şüarı olan “Rusiya ruslar üçün” standartına doğru hərəkət edir. Bunun Rusiyanın özü üçün hansı nəticələr verəcəyini isə zaman göstərəcək...

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
azpolitika.info

1Mənbələr