AZ

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

“Poçt və ekspres daşımalar” gömrük postunda xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib. Tədbir biznes subyektləri ilə əlaqələrin gücləndirilməsi və gömrük sistemində həyata keçirilən yeniliklər barədə onların məlumatlandırılması məqsədilə təşkil olunub.

Görüş zamanı biznes nümayəndələrinə “Xüsusi gömrük prosedurları və onun tətbiqi qaydaları” mövzusunda ətraflı məlumat verilib, sahibkarları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onların təklif və rəyləri dinlənilib, sualları cavablandırılıb.

Seçilən
18
teleqraf.com

1Mənbələr