AZ

Avstriyada bankomatdan oğurluq edən məşhur dəstənin üzvləri həbs edilib

Oxumeni.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avstriyada bankomatdan oğurluq edən məşhur dəstənin üzvləri həbs edilib

Avstriya Federal Kriminal Polis İdarəsi Avstriyada səs-küylü bankomat oğurluğunda şübhəli bilinən dəstənin 14 üzvünün həbs edildiyini bildirib. Təkcə ilin əvvəlindən ölkədə 26 dəfə soyğunçuluq məqsədilə bankomatlar partladılıb.

Şübhəlilərin əksəriyyətinin Mərakeş əsilli Hollandiya vətəndaşları olduğu bildirilir. Bu iş üzrə ümumilikdə 33 nəfərin istintaqı aparılır. Avstriya və Hollandiya polisi hər iki ölkədə axtarış aparıb. 16 skuter, 50-dən çox mobil telefon, 400-500 qram partlayıcı maddə, narkotik vasitə, 39 min avro nağd pul müsadirə edilib.

Son illərdə Almaniya və Avstriyada partlayışlardan istifadə edərək bankomatların oğurlanması adi bir hadisəyə çevrilib. Bir qrup cinayətkar gecə saatlarında adətən oğurlanan avtomobillə bankomata yaxınlaşır, partlayıcı maddələr yerləşdirir və əgər partlayış pulun əldə olunması ilə nəticələnərsə, onu götürüb oradan uzaqlaşır. Almaniyada 2022-ci ildə 442, 2023-cü ildə isə 367 bankomat bu üsulla partladılıb. Ötən il Almaniya Daxili İşlər Nazirliyi bankomatların qarətində partlayıcı maddələrdən istifadəyə görə cəzanı sərtləşdirmək niyyətində olduğunu bəyan edib.

Əziz Mustafa

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
1
oxumeni.az

2Mənbələr