AZ

Azərbaycanda bu zəhərli heyvanın kütləvi SATIŞI BAŞLADI Biri 15 manatdır…

ain.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Son günlər sosial şəbəkələrdə qara əqrəblərin alqı-satqısı ilə bağlı elanların sayı artıb. Bir çox istifadəçilər bu canlıları 10-15 manata satışa çıxarır.Bəs əqrəbə bu qədər tələbatın olması səbəbi nədir? Onun zəhəri doğrudan da bu qədər dəyərlidirmi?Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən zooloq Təvəkkül İsgəndərov bildirib ki, Azərbaycanda bir neçə əqrəb növü olsa da, qara əqrəbə yalnız Naxçıvan bölgəsində rast gəlinir:“Qara əqrəb ölkəmizdə nadir hallarda rast gəlinən növdür. Digər – sarı və bəzəkli əqrəblərlə müqayisədə ölçü baxımından daha böyükdür. Sayı azdır, tapılması çətindir və bu səbəbdən də “Qırmızı Kitab” a daxil edilib”.Zooloqun sözlərinə görə, qara əqrəbin zəhəri arı və ya ilan zəhəri kimi tibbi xammal hesab olunsa da, onun praktik olaraq əldə olunması olduqca çətindir:“Əqrəb zəhəri bioloji aktiv komponentlərlə zəngindir və bəzi hallarda müalicə məqsədilə istifadə olunur. Lakin bir qram zəhəri almaq üçün 3 mindən çox əqrəb tələb olunur. Bu isə onu ticarət baxımından iqtisadi cəhətdən əlverişsiz edir. Buna görə də bazarda qara əqrəbin satışının zəhər üçün deyil, daha çox dekorativ və kolleksiya məqsədilə həyata keçirildiyini düşünmək olar”.Ekspert əlavə edib ki, nadir və qorunan növlərin təbiətdən götürülərək satılması ekosistemə mənfi təsir göstərir və müvafiq qurumlar tərəfindən nəzarət olunmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
2
icma.az

3Mənbələr