AZ

Azərbaycan sahibkarlarına xüsusi gömrük prosedurları izah olunub

“Poçt və ekspres daşımalar” gömrük postunda xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, tədbir biznes subyektləri ilə əlaqələrin gücləndirilməsi və gömrük sistemində həyata keçirilən yeniliklər barədə onların məlumatlandırılması məqsədilə təşkil olunub.

Məlumata əsasən, görüş zamanı biznes nümayəndələrinə “Xüsusi gömrük prosedurları və onun tətbiqi qaydaları” mövzusunda ətraflı məlumat verilib, sahibkarları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onların təklif və rəyləri dinlənilib, sualları cavablandırılıb.

Seçilən
11
report.az

1Mənbələr