AZ

Sonuncu dəfə Qaxa getməzdən əvvəl danışdıq

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Azərbaycan xalqının başı sağ olsun. Arif Babayev Azərbaycan xalqı, mədəniyyəti, klassik muğamının gözəl ifaçısı.... Başımı itirmişəm... O qədər böyük sənət ordusu yetişdirib ki... Yəqin çoxu bilmir, bəziləri başqa yerə gedib".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nəzakət Teymurova bu gün dünyasını dəyişən Xalq artisti Arif Babayevlə bağlı açıqlamasında deyib. Jurnalistlərə açıqlama verən ifaçı xanəndə ilə son danışıqlarını xatırlayıb:

"Azərbaycan klassik muğamının ən gözəl ifaçısı idi. Xanəndəlik, opera sənətində zirvədə olub. Səsi, sənəti, şəxsiyyəti ilə gündəm olub. Qaxa getməzdən əvvəl danışmışdıq. Telefona cavab vermirdi. Gültəkin xanıma (həyat yoldaşı - red.) zəng etdim, cavab verdi ki, narahatdır. Sonra özü zəng etdi, dedi narahatam, özümə gələ bilmirəm. Dedim, keçəcək, narahat olmayın. Dedi, sağalım gələrsiniz. İstəyirdi hamı yanında olsun. 

Ağdamda gözəl muğam mərkəzi tikildi. Açılışdan gələndə zəng vurdum ona. Sevindi, dedi, imkan olmadı gedim. Xəyalımızda danışdığımız, indi realdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
axsam.az

1Mənbələr