AZ

Cabir Abdullayev: Arif müəllim istəyirdi ki, Ağdamda onun adına bir muzey olsun

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Ağdamda Muğam Mərkəzinin açılışında iştirak edə bilmədi. Onun son bir arzusu var idi. Arif müəllim istəyirdi ki, Ağdamda onun adına bir muzey olsun".

Bu sözləri Oxu.Az-a açıqlamasında Əməkdar artist, xanəndə Cabir Abdullayev deyib.

O bildirib ki, Arif Babayev xalqın fəxri idi:

"Bu gün biz böyük ustadımızı itirdik. Arif Babayev Azərbaycan xalqının fəxri idi. Təkcə sənət aləmində deyil, həm dövlət, həm də xalq onu istəyirdi. Elə bir insan yox idi ki, onu istəməsin.

Həm bir müəllim kimi, həm də bir insan kimi biz onunla dost idik.

Onunla xatirələrim çoxdur. Mən onsuz bir muğam aləmini təsəvvür edə bilmirəm. Onun yoxluğu ilə barışmaq çox çətindir.

1999-cu ildən Arif müəllimi tanımışam. Həm onunla bir yerdə işləmişəm, həm də onun tələbəsi olmuşam. Həmişə onu axtarırdım, yanına gedirdim, zəngləşirdik. O, çox sadə bir insan idi. Sadəliyi ilə həmişə fəxr edirdim. Görün necə dünyasəviyyəli bir ustad, xanəndə, gözəl insan bu dünyadan köçdü... Danışmaq çox çətindir".

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
81
oxu.az

1Mənbələr