Bakı, 1 avqust, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov sığorta sektorunun rəhbər şəxsləri ilə görüşüb.
AMB-dan AZƏRTAC-a bildirilib ki, görüşdə 2025-ci ilin ilk yarısı üzrə sektorun fəaliyyət göstəriciləri, inkişaf dinamikası və mövcud çağırışlar ətrafında ətraflı müzakirələr aparılıb.
Həmçinin qarşıdakı dövr üçün strateji prioritetlər və həyata keçirilməsi planlaşdırılan təşəbbüslər diqqət mərkəzində olub.