AZ

İsrail BƏƏ-dən diplomatlarını təxliyə etmək qərarına gəlib

İsrail Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidəki səfirlikdən və Dubaydakı baş konsulluqdan bütün diplomatik personalı və onların ailə üzvlərini təxliyə etmək qərarına gəldiyini açıqlayıb.

İsrailin “Yedioth Ahronoth” qəzetinin məlumatına görə, Xarici İşlər Nazirliyinin qərarı Milli Təhlükəsizlik Şurasının israillilər üçün BƏƏ-yə səyahət tövsiyələrini yeniləməsindən sonra verilib.

Xəbərdə Xarici İşlər Nazirliyinin evakuasiya qərarını “qeyri-adi” adlandıraraq, bu addımın yüksək səviyyəli xəbərdarlığa dəlalət etdiyi vurğulanıb.

Milli Təhlükəsizlik Şurası, BƏƏ-dəki İsrail hədəflərinə hücumlarla bağlı narahatlıqlarına istinad edərək, "Ölkəyə lazımsız səyahətlərdən qaçınmaq və səyahət etməyi düşünənlərin yenidən nəzərdən keçirmələri şiddətlə tövsiyə olunur" dedi.

Qeyd edilib ki, BƏƏ üçün üçüncü səviyyəli səyahət məsləhəti qüvvədə qalır.

Seçilən
37
1
kommersant.az

2Mənbələr