AZ

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyevanın 70 illik yubileyi qeyd olunub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyevanın 70 illik yubileyi qeyd olunub.

“İki sahil” xəbər verir ki, tədbirdə Lətifə Əliyevanın zəngin həyat və fəaliyyət yoluna nəzər salınıb, peşəkar rəhbər kimi səmərəli fəaliyyəti vurğulanıb.

Qeyd edilib ki, on ildən artıq müddətdə Mərkəzə rəhbərlik edən L. Əliyeva ailə dəyərlərinin təbliği, qadın və uşaqların hüquqlarının qorunması, məişət zorakılığının qarşısının alınması istiqamətində mühüm təşəbbüslərlə çıxış edib.

Yekunda Mərkəzin direktoruna faydalı və uğurlu fəaliyyətinə görə Dövlət Komitəsinin xatirə medalı təqdim olunub.

Seçilən
17
ikisahil.az

1Mənbələr