AZ

"Fənərbağça" Skrinyarı transfer etdi

"Fənərbağça" slovakiyalı futbolçu Milan Skrinyarla müqavilə imzalayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu 2029-cu ilin ortalarına qədər dörd mövsümlük qüvvədə olan əmək müqaviləsi imzalayıb. 

 İstanbul təmsilçisi Skrinyar üçün PSJ-yə 7 milyon avro ödəyib.Təcrübəli futbolçunun özü isə "Fənərbağça"da illik 8 milyon avro qazanacaq.

Qeyd edək ki, Milan Skrinyar ötən mövsümün ikinci yarısında "Fənərbağça"da icarə əsasında çıxış edib. Həmin müddətdə futbolçu 23 matçda iştirak edib. Kanarların forması ilə Skrinyar üç qol vurub və iki məhsuldar ötürmə edib.

Seçilən
12
90deqiqe.az

1Mənbələr