AZ

Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 2 tapança, 8 tüfəng, 15 patron darağı və 1054 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

"Cebheinfo.az" 

Seçilən
61
11
cebheinfo.az

10Mənbələr