AZ

Türkiyədə ardıcıl 4 zəlzələ oldu

Türkiyənin qərbində ardıcıl zəlzələlər qeydə alınıb.

Olaylar.az xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) məlumatına görə, yeraltı təkanlar Kütahya vilayətinin Simav rayonunda baş verib.

Beş dəqiqəlik fasilələrlə qeydə alınan dörd orta güclü zəlzələ rayonda qısa müddətli təşvişə səbəb olub.

Zəlzələlərin başvermə vaxtı və gücü aşağıdakı kimidir:

07:15 - 3,4 bal

07:16 - 3,8 bal

07:17 - 3,8 bal

07:20 - 3,0 bal

İlkin məlumatlara əsasən, zəlzələlər nəticəsində heç bir dağıntı və ya xəsarət qeydə alınmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
75
3
olaylar.az

4Mənbələr