Bakı, 1 avqust, AZƏRTAC
1 iyul 2025-ci il tarixinə xarici dövlət borcu portfelinin 27,7 faizini və ya 1 milyard 387,3 milyon dollar məbləğində hissəsini beynəlxalq maliyyə bazarında ticarət olunan xarici valyuta nominallı dövlət istiqrazları (avrobondlar) təşkil edir.
AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, hesabat dövrünə xarici dövlət borcu portfelinin 41,9 faizi büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 58,1 faizi isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklərin payına düşür.
1 iyul 2025-ci il tarixinə xarici dövlət borcunun 61,6 faizi çoxtərəfli maliyyə institutları üzrə, 27,7 faizi avrobondlar üzrə, 10,7 faizi isə ikitərəfli maliyyə institutlarından cəlb edilmiş kreditlər üzrə öhdəliklərin payına düşür.
Hesabat dövrünə daxili dövlət borcu 17 milyard 177,4 milyon manat və ya 2025-ci il üzrə 130 milyard 662,5 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-in 13,1 faizini təşkil edib. Daxili dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə 1 milyard 482,3 milyon manat və ya 7,9 faiz azalıb.
2025-ci ilin 1 iyul tarixinə daxili dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə 1,7 faiz bəndi azalıb.