"Liverpul" rəhbərliyi "Nyukasl" klubu ilə Aleksandr İsak üçün danışıqları davam etdirir.

Offsideplus.az xəbər verir ki, "qırmızılar"ın təklifi də məlum olub. Onlar "Nyukasl"a 70 milyon avronu birbaşa ödəyəcək. "Liverpul" daha bir 70 milyonu 1 il ərzində ödəmək istəyir. Eyni zamanda 23 milyon avroluq şərtə bağlı bonuslar da olacaq.

Bu barədə jurnalist Deyv Okop məlumat yayıb.

İsakın tək istəyi "Liverpul"a transferə olmaqdır. O, "Nyukasl" rəhbərliyinə də bunu bildirib.