Almaniyanın “Rheinmetall” şirkəti Estoniya və Litvadan piyada sursatlarının tədarükü üçün müxtəlif sifarişlər alıb.
“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, bu sifarişlərin ümumi dəyəri təxminən 33 milyon avro təşkil edir.
2025-ci ilin ikinci rübündə “Estoniya” tərəfi “Rheinmetall” şirkəti ilə əl qumbaralarının tədarükünə dair çərçivə müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, qəlpəli əl qumbaralarının 2026 və 2027-ci illərdə, hücum tipli əl qumbaralarının isə 2026-cı ildən 2029-cu ilə qədər tədarükü planlaşdırılıb. Bu sifarişin ümumi dəyəri təxminən 17 milyon avro təşkil edir.
Litva isə 2024-cü ilin dekabr ayında “Rheinmetall” şirkətinə artıq bir neçə on min ədəd 40 mm x 46 “HE Frag” döyüş patronları üçün sifariş verib. Bu sifarişin dəyəri təxminən 16 milyon avrodur. Sursatın tədarükü 2026 və 2027-ci illərdə həyata keçiriləcək.