AZ

Yaxşı ki, Berezutski "Sabah"dan getdi... - yoxsa, avrokuboklarda belə Mikels görməyəcdik!

Vasili Berezutski "Sabah" tarixində ən yaxşı nəticə əldə edən məşqç oldu. Kluba ilk titulunu, ölkə kubokunu qazandırdı. Amma ölkəmizdəki qısa fəaliyyəti göstərdi ki, baş məşqçi kimi püxtələşməsinə hələ çox var. Sadəcə "Sabah"ın kuboku qazanması onun çatışmazlıqlarını ört-basdır etdi. 

Yaxşı məşqçi həm də o adamdır ki, ona qədər olanı, ediləni dağıtmamağı bacarsın. Berezutskinin ən mənfi yönlərindən biri elə o oldu ki, istər oyun planında, istər ayrı-ayrı oyunçularla bağlı anlaşılmayan dəyişikliklərə getdi. Həmişə yaradıcı oyunu ilə seçilən "Sabah"a güc futbolu gətirmək istədi, həmişə baş rolda olan Mikelsi səhnədən silməyə qalxdı.

 

Berezutski "Sabah"da qalsaydı, böyük ehtimalla, Mikels gedəcəkdi. Ötən mövsümün gedişində əsas heyətdə yerini itirən alman futbolçu daha çox gününü ehtiyat oyunçular skamyasında keçirirdi. Gündən-günə, oyundan-oyuna həm fiziki formasını itirir, həm psixoloji geriləməyə düçar olurdu. 

Berezutskinin yerinə gələn Dambrauskas sələfindən fərqli olaraq bu komandanın ən güclü bəndini dərhal müəyyənləşdirə bildi. Hətta Mikelsin "Çelye" ilə oyunda əsas heyətdə meydana çıxmağını, Sekidika və Parisin isə ehtiyatda qalmağını təəccüblə qarşılayanlar da oldu. Amma hadisələrin sonrakı gedişatı Valdasın seçimlərində nə qədər haqlı olduğunu göstərdi. 

Bir neçə ay əvvəl bəlkə də özlüyündə "Sabah"ı tərk etməyi qətiləşdirən Mikels indi avrokuboklarda göz oxşayır. Alman qolları sıralayır, yenə bir lider kimi "Sabah"ı arxasınca aparır. Yaxşı ki, Berezutski getdi. Yoxsa, avrokuboklarda belə Mikels görməyəcəkdik. 

Həmid

saytlarin hazirlanmasi

Seçilən
30
3
sportal.az

4Mənbələr