AZ

Alimə yüksək vəzifə verildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində yeni təyinat olub.

XəzərNews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, iqtisad elmləri üzrə fəlsəfə doktoru Cavid Elxan oğlu Süleymanlı Agentliyin İqtisadi təhlil şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Belə ki, o, 2024-cü ilin iyun ayından etibarən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində baş mütəxəssis vəzifəsində çalışırdı.

Xəbər 1 dəfə oxunub.
Seçilən
15
9
xezernews.az

9Mənbələr