AZ

"Xızı-Abşeron" KES-də Abşeron rayonu üzrə 12, Xızıda isə 9 külək turbini quraşdırılıb - Agentlik rəhbəri

Bakı. Trend:

"Xızı-Abşeron" külək elektrik stansiyasında (KES) Abşeron rayonuüzrə 12, Xızıda isə hər birinin gücü 6.5 MVt olan 25 küləkturbinindən 9-nun quraşdırılması başa çatıb.

Bu sözləri Trend-ə Energetika Nazirliyi yanında BərpaOlunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru CavidAbdullayev müsahibəsində deyib.

O bildirib ki, turbinlərin quraşdırılmasında əlverişli havaşəraiti çox böyük rol oynayır: "İstənilən halda 2025-ci ilinsonunadək bütün turbinlərin quraşdırılması və stansiyanın istismaraverilməsi gözlənilir.

Eyni zamanda “Nəvahi” yarımstansiyasının tikintisi ilə bağlıişlərə start verilib. 330 kV-luq “Nəvahi” yarımstansiyasının 330kV-luq hissəsinin tikintisi Azərbaycan tərəfindən, 500 kV-luqhissəsi isə Dünya Bankının ayırdığı 173 milyon dollar vəsaithesabına həyata keçirilir".

Direktor agentlik olaraq yerli istehsalın təşviqi məqsədiləgünəş və külək texnologiyaları üzrə istehsalçılarla danışıqlarınaparıldığını vurğulayıb: “Bugünədək bizdə quraşdırılanavadanlıqlarda, günəş, külək stansiyalarında Çintexnologiyalarından istifadə olunub.

Təbii ki, bu layihələrin inkişafı istehsalçı şirkətlərinAzərbaycana marağını xeyli artırır. Biz bərpa olunan enerjisahəsində qarşılıqlı razılaşma əsasında müəyyən texnoloji həllərintam və yaxud hansısa bir hissələrinin Azərbaycanda təşkilediləcəyini gözləyirik. İnnovativ inkişaf yalnız bununlaməhdudlaşmır. Bizdə bərpa olunan enerji mənbələri sahəsində müəyyəntəhsil layihələri də həyata keçirilir. Belə ki, Azərbaycan DövlətNeft və Sənaye Universiteti ilə İngiltərənin bir universitetiarasında bu istiqamətdə işlər gedir. Yəni artıq xarici investisiya,xarici avadanlıq, xarici mütəxəssislərdən yerli podratçılara,texnologiyalara yönəlməyə doğru addımlayırıq. Azərbaycanda busahədə mütəxəssis hazırlığı da davam etdirilir. Müqavilələrimizdədə o tələb var ki, əgər hansısa bir sahədə Azərbaycanda mütəxəssisvarsa, həmin layihədə azərbaycanlı mütəxəssisin iştirakı təminolunmalıdır".

"Bir sözlə, bərpa olunan enerji sahəsində lokallaşdırmaməsələsinin öz həllini tapması üçün əlimizdən gələni etməyəçalışırıq. Eyni zamanda Azərbaycanda istehsal olunan avadanlıqlarqonşu ölkələrə, Qazaxıstana, Özbəkistana da ixrac edilə bilər. Buçox ciddi kompleks məsələlərdir”, - deyə C. Abdullayev qeydedib.

Seçilən
28
2
az.trend.az

3Mənbələr