AZ

Ağ Ev yenidən tikiləcək

BAKI, 1 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə son onilliklərin ən böyük tikinti layihələrindən birini həyata keçirməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, o, bu barədə NBC kanalına açıqlamasında bildirib.

Onun planına əsasən, Ağ Evin şərq qanadında yerləşən və adətən birinci xanımın ofisi kimi istifadə olunan sahə söküləcək. Həmin yerə 200 milyon dollara yeni və böyük bir bal zalı tikiləcək.

Tramp bildirib ki, bu zal tədbirlər zamanı çadır qurmaq zərurətini aradan qaldıracaq. Hazırda Ağ Evdə belə tədbirlər üçün kifayət qədər yer yoxdur.

Tikinti işləri sentyabrda başlayacaq və layihənin Trampın prezidentlik müddəti başa çatmamış tamamlanması planlaşdırılır. Layihə Trampın şəxsi vəsaiti və özəl sponsorların ianələri ilə maliyyələşdiriləcək.

Seçilən
54
1
teleqraf.com

2Mənbələr