AZ

“Neftçi” Polşada AEL-lə üz-üzə

Polşada təlim-məşq toplanışında olan “Neftçi” bu gün hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirəcək.

Arena.az xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu kollektiv Kipr təmsilçisi AEL-lə üz-üzə gələcək.

Görüş Byalobjeqdə yerləşən “Mieyski” stadionunda baş tutacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Xatırladaq ki, “Neftçi” daha öncə “Hapoel” (Təl-Əviv, İsrail, 1:1) və “Termalitsa” (Polşa, 2:2) ilə də yoxlama oyunları keçirmişdi. “Ağ-qaralar”ın “Asteras” (Tripolis, Yunanıstan) ilə görüşü isə güclü leysan səbəbindən ləğv olunmuşdu. Bir sözlə, Samir Abasovun komandası bu gün baş tutacaq sonuncu sınaq görüşündə ilk qələbəsini qazanmaq üçün mübarizə aparacaq.

Seçilən
56
arena.az

1Mənbələr