Demokrat.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb:
"Təəssüf ki, bəzi sürücülər sükan arxasında olduqları vaxt ev heyvanlarını qucaqlarında saxlayaraq, həm özləri, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradırlar.
Qucaqda saxlanılan heyvan hər an gözlənilməz reaksiya verə, sürücünün diqqətini yayındıra və ya avtomobilin idarəetməsinə maneə törədə bilər. Bu kimi hallar qəza riskini əhəmiyyətli dərəcədə artırır və faciəvi nəticələrə səbəb ola bilər.
Qeyd olunmalıdır ki, avtomobildə daşınan heyvanlar üçün xüsusi daşıyıcı avadanlıqların istifadəsi mütləqdir. Bunlardan istifadə etməmək - yol hərəkəti qaydalarının pozulmasına və yollarda təhlükəli vəziyyətin yaranmasına səbəb olur.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri məsuliyyətli olmağa, sükan arxasında heç bir halda əlavə diqqət yayındırıcı hərəkətlərə yol verməməyə çağırır.
Unutmayın: bir anlıq diqqətsizlik - geri dönüşü olmayan nəticələrə səbəb ola bilər!"
Azərbaycanda qadın sürücünün qucağında itlə avtomobil idarə etməsinin görüntülərini təqdim edirik:
10Mənbələr
-
news24.azQadın sürücünün bu hərəkəti gündəm oldu: Polis hərəkətə keçdi ( 19913866)
-
cebheinfo.azBakıda qadın sürücü qucağında itlə maşın sürdü VİDEO ( 19919644)
-
xalqqazeti.azSükan arxasında diqqəti yayındıran hər bir hərəkət sizi təhlükəyə aparır! ( 19917403)
-
azerbaijan-news.azBDYPİ xəbərdarlıq edir: Sükan arxasında diqqəti yayındıran hər bir hərəkət təhlükə yaradır ( 19916545)
-
cebheinfo.azSükan arxasında bu hərəkətlər qəzalara səbəb olur ( 19915999)
-
demokrat.azQadın sürücüdən QƏRİBƏ HƏRƏKƏT: Qucağında itlə avtomobil idarə etdi — VİDEO ( 19915708)
-
azertag.azBDYPİ xəbərdarlıq edir: Sükan arxasında diqqəti yayındıran hər bir hərəkət təhlükə yaradır ( 19915066)
-
azertag.azBDYPİ xəbərdarlıq edir: Sükan arxasında diqqəti yayındıran hər bir hərəkət təhlükə yaradır ( 19914751)
-
heftelik.az“İtlə maşən sürməyin” – VİDEO ( 19914547)
-
bizim.mediaAzərbaycanda qadın sürücü qucağında itlə avtomobil idarə etdi – VİDEO ( 19913227)