AZ

Portuqaliya Superkubokunun qalibi bilindi

Portuqaliya Superkubokunun qalibi bəlli olub.

90deqiqe.Az-ın məlumatına görə, "Alqarve" stadionunda "Sportinq"  "Benfika" ilə qarşılaşıb.

Baş hakim Fabio Veríssimonun idarə etdiyi görüşdə "Benfika" rəqibi üzərində 1:0 hesablı qələbəni bayram edib.

Beşinci dəqiqədə "Sportinq"in cinah oyunçusu Pedro Qonçalves hesabı açsa da, VAR müdaxiləsindən sonra qol ləğv edilib. 50-ci dəqiqədə "Benfika"nın hücumçusu Vangelis Pavlidis komandasını hesabda irəli çıxarıb.

Beləliklə, "Benfika" tarixində 10-cu dəfə Portuqaliya Superkubokunu qazanıb. "Sportinq"in 9 titulu qalıb. Kubok digərlərindən daha çox qazanılıb - 24 dəfə.

Seçilən
17
90deqiqe.az

1Mənbələr