AZ

Təcili yardım maşını qəzaya düşdü

Füzuli rayonunun Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları quruma məxsus avtomobildə Hacıqabul rayonundan qəzaya düşüb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, qəza Bakı-Qazax avtomagistralında baş verib.

Təcili Yardım Stansiyasının sürücüsü idarəetməni itirərək əvvəlcə "KamAZ" markalı yük avtomobilinə daha sonra yolu iki hissəyə ayıran dəmir məhəccərə çırpılıb. Qəza zamanı avtomobildə olan Füzuli şəhər sahə rəisinin köməkçisi olan polis Rəsul Qurbanlı həyatını itirib. Onun təcili yardım maşınında paytaxta aparılan xəstəni müşayiət etdiyi bildirilir.

Faktla bağlı araşdırma başlanıb.

Seçilən
13
1
publika.az

2Mənbələr