"Liverpul"un yeni transferlərinin forma nömrələri məlum olub.
Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisinin bu yayki ən bahalı keçidi olan Florian Virts 7 nömrəli formanı geyinəcək.
Miloş Kerkes 6, Hügo Ekitike 22, Georgi Mamardaşvili isə 25 nömrəli formanı tərlədəcək.
"Qırmızılar"ın "Bayer"dən daha bir transferi Ceremi Frimponq isə 30 nömrə altında çıxış edəcək.