AZ

Cəlilabadda kanalizasiya suları Mişarçaya axıdılır - Ekosistem təhlükədə

CƏLİLABAD, 1 avqust. TELEQRAF

Cəlilabadda kanalizasiya suları Mişarçaya axıdılır.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, rayonda tullantı sularının mərkəzi anbara ötürülməsi məqsədilə nasos stansiyaları inşa edilsə də, həmin qurğular hələ ki, naməlum səbəbdən istifadə edilmir.

Nəticədə bütün tullantı suları rayonun mərkəzindən keçən Mişarçay çayına yönləndirilir. Elə buna görə də çay yatağında üfunətli tullantı suları dözülməz mənzərə yaradıb.

Ən dəhşətli məqam isə odur ki, bu çirkab sular çayın yatağı ilə hərəkət edərək Mahmudçala ovçuluq təsərrüfatının ərazisinə çatır. Həmin ərazi isə çöl quşlarının qışlama sahəsi hesab olunur və belə vəziyyət oradakı ekosistem üçün ciddi təhlükə yaradır.

Bundan əlavə, yerli sakinlər bildirirlər ki, çay kənarındakı ərazilərdə otlayan mal-qara bu sudan içdikdən sonra tələf olma halları da qeydə alınıb.

Məsələ ilə bağlı aidiyyəti qurumların hansı tədbirlər görəcəyi hələlik məlum deyil.

Seçilən
16
teleqraf.com

1Mənbələr