ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 1 avqust, AZƏRTAC
2025-ci ilin 1 iyul tarixinə ölkənin valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı) 77,7 milyard dollar məbləğində olmaqla xarici
dövlət borcunu təqribən 15,5 dəfə üstələyir.
AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, xarici dövlət borcunun 49,9 faizi 5 ilə qədər olan müddətdə, 44,1 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 6 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Mövcud kredit müqavilələri və avrobondlar üzrə geri ödəniş qrafiklərinə uyğun olaraq xarici dövlət borcunun Orta Ödəmə Müddətinin göstəricisi 5,4 təşkil edir.
2025-ci il 1 iyul tarixinə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olub: ABŞ dollar – 85,1 faiz, avro – 6,5 faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,4 faiz, yapon yeni – 3,3 faiz, digər valyutalar – 1,7 faiz.
Hesabat dövründə dövlət büdcəsi hesabına xarici borclar üzrə 293,3 milyon dollar məbləğində əsas borc, 117,8 milyon dollar məbləğində isə faiz borcu ödənişləri həyata keçirilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.