AZ

Aybəniz Haşımova: “Qəlbimizdən bir parça qopdu” – FOTO

Əməkdar artist Aybəniz Haşımova bu gün vəfat edən Xalq artisti Arif Babayevlə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, o, bu sözləri yazıb:
 

“Arif müəllim, sənətkarların ustadı, ürəklərin səsi idi... Bu gün qəlbimizdən bir parça qopdu. Ustad xanəndə, muğam sənətinin canlı məktəbi, yüzlərlə tələbənin müəllimi, minlərlə dinləyicinin qəlbində iz qoyan Arif Babayev haqq dünyasına qovuşdu. Səsi ilə bizə muğamın sirrini, öyrətdikləri ilə sənətə sədaqəti anlatdı.


Ən çətin anlarımızda onun oxuduğu muğamlar könlümüzə şəfa, ruhumuza güc verdi. Bu gün isə o səs susdu... Segahın atası getdi, bülbül avazlı ustadımız getdi... Arif müəllim, ruhun şad olsun. Yolun rahat olsun, ustad. Biz səni heç zaman unutmayacağıq”.


Sara, Bizim.Media

Seçilən
18
1
bizim.media

2Mənbələr