AZ

Azərbaycanın xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə 2,4 faiz azalıb

1 iyul 2025-ci il tarixə Azərbaycanın xarici dövlət borcu 5 010,7 milyon ABŞ dolları və ya 2025-ci il üzrə 130 662,5 milyon manat (76 860,3 milyon ABŞ dolları) məbləğində proqnozlaşdırılan ÜDM-in 6,5 faizini təşkil edib.

Bu barədə Maliyyə Nazirliyinin 2025-ci il dövlət borcu üzrə yarımillik Statistik Bülletendə bildirilir.

Qeyd edilən tarixə xarici dövlət borcu xarici valyuta məzənnələrində baş verən dəyişikliklər nəzərə alınmaqla 2025-ci ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 119,0 milyon dollar və ya 2,4 faiz azalıb. 2025-ci ilin birinci yarımili ərzində kredit sazişləri çərçivəsində istifadə olunan vəsait müqabilində 237,1 milyon dollar məbləğində vaxtı çatmış əsas borc ödənişlərinin həyata keçirilməsi xarici dövlət borcunun azalmasını şərtləndirib.

Cari ilin 1 iyul tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə 0,4 faiz bəndi azalıb.

Seçilən
55
1
vergiler.az

6Mənbələr