BAKI, TurkicWorld
2025-ci ilin iyun ayında Türkiyənin D-8 ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 10,9 faiz artaraq 755 milyon 396 min dollar olub.
Bu barədə TurkicWorld - a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Məlumata əsasən bu ilin yanvar – iyun ayında, Türkiyənin D-8 ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 2,4 faiz azalaraq, 4 milyard 815 milyon 671 min dollar olub.
“Bu ilin iyun ayında Türkiyənin D-8 ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 1 milyard 169 milyon 515 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.
Nazrilikdən bildiriblər ki, 2025-ci ilin yanvar – iyun aylarında Türkiyənin D-8 ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 3,9 faiz artaraq, 7 milyard 603 milyon 69 min dollar təşkil edib.
Qeyd edək ki, bu ilin iyun ayında Türkiyənin xarici ticarət dövriyyəsi 49 milyard 203 milyon dollar olub.
Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin iyun ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 7,9 faiz artaraq 20 milyard 515 milyon dollar, idxalı isə 15,2 faiz artaraq 28 milyon 688 min dollar olub.
“Bu ilin yanvar – iyun ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 312 milyard 253 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.
Məlumatda bildirilib ki, 2025-cü ilin yanvar-iyun ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 131 milyard 408 milyon dollara, idxalı isə 7,2 faiz artaraq 180 milyard 845 milyon dollar olub.
Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 606 milyard 55 milyon dollara çatıb.
2024-cü ildə Türkiyənin ixracı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 261 milyard 855 milyon, idxalı isə 5 faiz azalaraq 344 milyard 20 milyon dollar olub.