AZ

Tür­mə, Candərd, Rə­zil, Şi­ka­yət... - “300-dən çox müraciətə baxılıb”

Bu il şəxs adlarının dəyişdirilməsi ilə bağlı 300-dən çox müraciətə baxılıb.

Yenisabah.az report-a istinadla Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib.

Onun sözlərinə görə, şəxs ad­la­rı­nın əsas xü­su­siy­yət­lə­rin­dən bi­ri ic­ti­mai yerlər­də, iş pro­se­sin­də, nitq­də baş­qa söz­lə­rə nis­bə­tən da­ha çox iş­lən­mə­si­dir: pizza

"Valideynlərin qoyduğu adların dəyişdirilməsi ilə bağlı qeydiyyat idarələrinə daha çox müraciət olunur. Bu il bununla bağlı 300-dən çox müraciətə baxılıb. Gülüş doğuran, mənası aydın olmayan, orfoqrafik cəhətdən səhv yazılan bu adlar qeydiyyat idarələri tərəfindən dəyişdirilib.

Adın se­çil­mə­sin­də əsas mə­su­liy­yət ata və ananın üzə­ri­nə dü­şür. Buna görə də ad seç­mə va­li­deyn­lə­rin mə­su­liy­yə­ti­ni da­ha da ar­tı­rır. Çün­ki va­li­deyn­lər tə­rə­fin­dən düşünülməmiş qo­yu­lan ad­lar, son­ra­dan öv­lad­lar tə­rə­fin­dən də­yiş­di­ril­mə­si­nə sə­bəb olur. Bu­nun mən­fi nə­ti­cə­si uşaq bo­ya-ba­şa ça­tan­dan son­ra da­ha çox diq­qə­ti cəlb edir. Ad­ seç­mə mə­sə­lə­si­nə eti­na­sız ya­naş­maq uşaq­la­rın hə­ya­tı­na mən­fi tə­sir edir. Tə­əs­süf ki, bir sı­ra va­li­deyn­lər müqəddəs və­zi­fə­lə­ri­ni, borclarını unu­da­raq aşa­ğı­da­kı ad­la­rı öv­lad­la­rı­na ve­rir­lər: Stə­kan, Şü­şə­bənd, Tür­mə, Candərd, Kə­niz, Kün­də, Kü­lək, Mə­lu­mat, Mey­xoş, Qaç­maz, Bü­töv, Rə­zil, Şi­ka­yət".

S. Sadıqova Azərbaycan və xarici vətəndaşların nikahından doğulan uşaqlara həm Azərbaycan, həm də digər dillərdə - ikili adlar qoymaq istəyi ilə bağlı komissiyaya müraciətlər məsələsinə də toxunub: 

"İkili adların qoyulması ilə bağlı qeydiyyat idarələrinə müraciət olunur. Azərbaycan dilinin orfoqrafik qaydalarına uyğun olaraq iki şəxs adı­nın bir­ləş­mə­sin­dən əmə­lə gəl­miş ad­lar bi­ti­şik ya­zı­lır: Ba­la­hü­sən, Mə­həm­mə­də­li, Əb­dü­lə­ziz, Əli­hey­dər, Hə­sə­nə­li, Cə­fər­qu­lu, Qu­lam­hü­seyn, Nur­za­man, Nə­si­bə­li, Rza­pa­şa, İb­ra­him­xə­lil, Rza­sə­məd, Əb­dül­lə­tif və s".


Telegram kanalımız
Seçilən
65
yenisabah.az

1Mənbələr