"ABŞ, Fransa və bəyanatı imzalayan digər ölkələr beynəlxalq hüquq normalarını pozmaqda və terrorizmə dəstək verməkdə məsuliyyət daşıyır. Bu dəstək terrorçu və ekstremist qruplara yardım göstərməkdə, onları öz ərazilərində gizlətməkdə ifadə olunur," - deyə Baqainin sözləri nazirliyin rəsmi Telegram kanalında paylaşılıb.
Diplomat qeyd edib ki, Qərb ölkələri Tehrana qarşı "əsassız və gülünc" ittihamlarla çıxış etməklə, dünya ictimaiyyətinin diqqətini öz cinayətlərindən yayındırmağa çalışır.
Xatırladaq ki, iyulun 31-də Avstriya, Albaniya, Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, İspaniya, Kanada, Niderland, ABŞ, Finlandiya, Fransa, Çexiya və İsveçin xarici siyasət idarələri birgə bəyanat yayaraq, İran xüsusi xidmət orqanlarını onların ərazilərində artan təhdidlərə görə ittiham etmiş, bu fəaliyyətləri suverenliyin pozulması kimi qiymətləndirmişdi.
Sənəddə İran kəşfiyyatının Avropa və Şimali Amerikada guya adam qaçırma, işgəncə, təqib və sui-qəsd planlaşdırdığı iddiaları yer alır. Lakin bəyanatda İranın xüsusi xidmət orqanlarının konkret hansı qanunsuz əməlləri törətməsi ilə bağlı heç bir nümunə göstərilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31