AZ

Almaniyadan Fələstin dövləti ilə bağlı bəyanat: Proses dərhal başlamalıdır

Almaniyanın xarici işlər naziri Johann Vadephul Fələstin dövlətinin tanınmasının yalnız iki dövlətli həll prosesinin sonunda mümkün ola biləcəyini bildirib.

Turkustan.az xəbər verir ki, lakin o, belə bir prosesin dərhal başlanmasının vacibliyini də vurğulayıb.

İsrail və Fələstin bölgəsinə səfəri ərəfəsində paytaxt Berlində açıqlama verən Vadephul səfər zamanı Qəzza zolağında getdikcə pisləşən humanitar vəziyyətin əsas müzakirə mövzusu olacağını deyib.

O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkda keçirilmiş son konfransının nəticələrinə toxunaraq, İsrailin beynəlxalq aləmdə təcrid olunduğuna diqqət çəkib. Wadephul, İsrail hökumətindəki bəzi dairələrin ilhaq təhdidlərinə qarşı Avropada Fələstin dövlətini danışıqlar olmadan tanımağa hazır olan ölkələrin sayının artdığını qeyd edib.

Nazir bildirib ki, səfəri çərçivəsində keçirəcəyi görüşlərdə üç əsas mesaj ön planda olacaq. Onun sözlərinə görə, iki dövlətli həll yolu İsrail-Fələstin münaqişəsinin davamlı və ədalətli həlli üçün yeganə çıxış yoludur. Bu yanaşma hər iki xalqın sülh, təhlükəsizlik və ləyaqət içində yaşamasını təmin etməlidir.

“Almaniya üçün prosesin sonunda Fələstin dövlətinin tanınması ehtimalı daha yüksəkdir. Lakin belə bir proses dərhal başlamalıdır,” – deyə Vadephul əlavə edib.

O, Almaniyanın bu məqsəddən geri çəkilməyəcəyini bildirərək, “Almaniya da birtərəfli addımlara cavab vermək məcburiyyətində qalacaq,” – deyə vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
29
1
turkustan.az

2Mənbələr