AZ

Koroğludan Xırdalana kimi telefonla oynayan taksi sürücüsü - VİDEO

Xəbər verdiyimiz kimi, paytaxtdakı 171 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı və səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, məktəbin direktoru Zemfira Məsiyevanın müəllimlərlə kobud rəftarı ilə bağlı səsyazısı və şikayətlər ortaya çıxıb. 

İngilis dili müəlliməsi Leyla Hüseynovanın sözlərinə görə, direktor müəllimləri əsassız ittihamlarla üz-üzə qoyub.

Onun sözlərinə görə, Z.Məsiyeva müəllimlərə qarşı davamlı şəkildə təhqiredici münasibət göstərir, iş mühitini dözülməz hala gətirir. 

O qeyd edib ki, direktor müəllimlərin dərs otağında onları təhqir edərək videoya çəkib və “bura donuzxanadır” kimi ifadələr işlədib.

Seçilən
4
avtosfer.az

1Mənbələr