AZ

Dollar Tramp dövrünün ən uğurlu ayını başa vurur, iqtisadiyyat böyüyür

ABŞ dolları 2025-ci ilin ən yaxşı ayını başa vurub — Bloomberg Dollar Spot İndeksi iyulda 2,5% artıb.

Banker.az (İnvestisiya) xəbər verir ki, bu barədə Bloomberg yazır.

Agentlik bildirir ki, artım ABŞ iqtisadiyyatının güclü performansı, FED-in sərt mövqeyi və Trampın ticarət razılaşmaları fonunda baş verib.

ABŞ ÜDM-si ikinci rübdə 3% artıb, fond bazarı isə ardıcıl üçüncü ay yüksəliş nümayiş etdirir. Xarici investorlar dollar aktivlərindən çıxmağa tələsmir.

Avro, funt və yen xeyli dəyər itirib. Avropa sənayeçiləri yeni rüsumlardan ehtiyat edir, treyderlər isə digər valyutalara olan inamı itirirlər. Trampın ticarət razılaşması ABŞ-ın mövqeyini gücləndirib və Avropaya təzyiqləri artırıb.

FED-in sentyabrda faiz endirimi ehtimalı 40%-ə düşüb — bu, əvvəllər demək olar ki, qəti hesab olunurdu. Dollar üçün çətin ildə ciddi bir rahatlanma mərhələsi yaranıb.

Seçilən
21
banker.az

1Mənbələr