AZ

Füzuli rayonunun tibb işçiləri Hacıqabulda qəzaya düşdü

Hacıqabulda Füzuli rayonunun Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları quruma məxsus avtmobillə birgə qəzaya düşüb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza Bakı Qazax avtomagistralında baş verib. Hərəkətdə olan Füzuli rayon səhiyyəsinə məxsus Təcili tibbi yardım avtomobilinin sürücüsü idarəetməni itirərək əvvəlcə "KamAZ"markalı yük avtomobilinə daha sonra yolu iki hissəyə ayıran dəmir məhəccərə çırpılıb. Qəza zamanı təcili tibbi yardım avtomobilində olan polis nəfəri Rəsul adlı şəxs hadisə yerində ölüb. Polis əməkdaşı Füzuli şəhər sahə rəisinin köməkçisi vəzifəsində çalışırmış.
Məlumat üçün bildirək ki, qəza baş verən gün yəni bu gün polis əməkdaşının iştirakı ilə səhiyyə əməkdaşları paytaxta yerləşən xəstəxanaların birinə xəstə apararkən baş verib.
Faktla bağlı araşdırma başlanıb

Seçilən
15
teleqraf.com

1Mənbələr