AZ

Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu 15,5 dəfə üstələyir

Bakı. Trend:

Bu ilin 1 iyul tarixinə Azərbaycanın valyuta ehtiyatları(Azərbaycan Respublikası Dövlət Neft Fondu və AzərbaycanRespublikasının Mərkəzi Bankı) 77,7 milyard ABŞ dolları məbləğindəolmaqla xarici dövlət borcunu təqribən 15,5 dəfə üstələyir.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin iyulun 1-i vəziyyətinə Azərbaycanınxarici dövlət borcu 5.010 milyard ABŞ dolları və ya 2025-ci il üzrə130.662 milyard manat (76.860,3 milyon ABŞ dolları) məbləğindəproqnozlaşdırılan ÜDM-in 6,5 faizini təşkil edib.

Qeyd edilib ki, xarici dövlət borcunun 49,9 faizi 5 ilə qədərolan müddətdə, 44,1 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 6,0faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlaraqaytarılmalıdır.

1 iyul 2025-ci il tarixinə xarici dövlət borcunun valyutatərkibi aşağıdakı kimi olub: ABŞ dolları – 85,1 faiz, avro – 6,5faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) –3,4 faiz, yapon yeni – 3,3 faiz, digər valyutalar – 1,7 faiz.

Məqalədə:
Seçilən
9
1
az.trend.az

1Mənbələr