AZ

Rusiyalı biznesmenlərin sərvəti 20 milyard dollardan çox artıb

Rusiyanın ən varlı iş adamlarının sərvəti bu ilin əvvəlindən 20,163 milyard dollar artıb.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin dərc etdiyi "Milyarderlər indeksi"ndən (Bloomberg Billionaires Index) bəlli olub.

Reytinqə əsasən, Rusiyanın ən böyük dəmir filizi istehsalçısı olan "Metalloinvest"in səhmdarı Alişer Usmanovun sərvəti 3,12 milyard dollar artaraq 16,3 milyard dollara çatıb.

“Telegram” messencerinin həmtəsisçisi Pavel Durov ilin əvvəlindən 3,27 milyard dollar qazanıb, onun sərvəti 14,3 milyard dollar təşkil edib.

“Novolipetsk Metallurgiya Kombinatı”nın (NLMK) Direktorlar Şurasının sədri Vladimir Lisinin sərvəti isə 3,58 milyard dollar azalaraq 22,2 milyard dollar olub.

Seçilən
36
1
report.az

2Mənbələr