Yazını böyüt
Yazını kiçilt
"Amerika Birləşmiş Ştatları və Çin strateji sabitlik dövrünə qədəm qoyurlar, çünki bu iki ölkə arasında tammiqyaslı ticarət qarşıdurması bütün dünya üçün zərərli ola bilər".
Hafta.az xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində deyib.
"Nəticə etibarilə biz dünyanın ən böyük iki iqtisadiyyatına sahibik. Hesab edirəm ki, Vaşinqton Birləşmiş Ştatlar və Çin arasında tammiqyaslı ticarət münaqişəsindən müəyyən üstünlüklər əldə edə bilərdi, lakin dünya bu qarşıdurmadan ciddi zərər çəkərdi", - siyasətçi bildirib.
Eyni zamanda, Rubio vurğulayıb ki, Vaşinqton və Pekin arasında hələ də kifayət qədər fikir ayrılığı mövcuddur.