AZ

Trampdan Rusiyaya ultimatum: “Kremlin avqustun 8 ə qədər vaxtı var”

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Amerika administrasiyası 10 günlük müddət bitdikdən sonra Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətindədir, baxmayaraq ki, bu, Ukrayna böhranının həlli ilə bağlı vəziyyətə ciddi təsir göstərə bilməz.

Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

Onun çıxışının səsyazısı  Ağ Evin “YouTube” kanalında yayımlanıb.

Tramp qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin sanksiyalardan narahat olub-olmadığını bilmir.

Ağ Ev rəhbəri həmçinin qeyd edib ki, məhdudiyyətlərin hansısa effekti olub-olmayacağına əmin deyil, lakin Vaşinqton bunu edəcək.

Həmçinin Amerika lideri iyulun 31-nə keçən gecə Rusiyanın Kiyevə endirdiyi kütləvi zərbənin nəticələrini kəskin tənqid edib: “Rusiyanın etdikləri iyrəncdir”.

Qeyd edək ki, İyulun 29-da Donald Tramp Rusiyaya qarşı 10 günlük ultimatumunun avqustun 8-də başa çatacağını bildirib. Amerika lideri 10 günlük müddətdən sonra Rusiyadan enerji alan ölkələrə ikinci dərəcəli vergilər tətbiq edəcəyini vəd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
yeniavaz.com

2Mənbələr