AZ

Gənc qalmağa kömək edən 10 vacib tövsiyyə (SİYAHI)

Qaynarinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yaşlanmaq həyatın qaçılmaz bir hissəsidir. Lakin bu prosesi sağlam, enerjili və xoş görünüşlə qarşılayaraq yavaşlatmaq mümkündür. 

Qaynarinfo xəbər verir ki, yaxşı yuxu, mütəmadi fiziki fəaliyyət, düzgün qidalanma, stresdən uzaq durmaq və vitamin-mineral balansını qorumaq sağlam yaşlanmanın əsas şərtlərindəndir. Türk professor Filiz Onat bu sahədə 10 mühüm tövsiyəni və gənc qalmağa kömək edən qidaları açıqlayıb.

1. Keyfiyyətli yuxu: Bərpanın açarı

Gec yaşlanmanın təməlini yaxşı yuxu təşkil edir. Gündə 6–9 saatlıq yuxu bədən və zehni yeniləmək üçün ideal sayılır. Az və ya həddindən artıq yuxu isə orqanizmin balansını poza bilər.

2. Fiziki aktivlik: Hərəkət həyatdır

Hər gün müntəzəm yürüş və yüngül idman qan dövranını gücləndirir, əzələləri və sümükləri qoruyur. Hərəkətsiz həyat tərzi yaşlanmanı sürətləndirir, fəallıq isə onu ləngidir.

3. Sağlam qidalanma: Üç ağdan uzaq durun

Tuz, şəkər və undan ibarət "üç ağ" orqanizmə mənfi təsir göstərir. Bu məhsullar damar və dəri sağlamlığını pozaraq vaxtından əvvəl yaşlanmaya səbəb olur. Onların yerinə tərəvəz və meyvəyə əsaslanan balanslı qidalanma tövsiyə olunur.

4. Siqaretdən qaçın

Siqaret damar quruluşunu pozur, dərini solğunlaşdırır və bütün orqanizmi sürətlə qocaldır. Aktiv siqaret çəkməklə yanaşı, passiv şəkildə tüstüyə məruz qalmaq da zərərlidir.

5. Müsbət düşüncə tərzi: Ruhi tarazlığın sirri

Pozitiv düşüncə və emosional balans insanın daha gənc qalmasına təsir göstərir. Stressin idarə olunması və mənfi enerjili insanlardan uzaq durmaq ruh sağlamlığını dəstəkləyir.

6. Vitamin və mineral əlavələri: Ölçülü və şüurlu istifadə

D vitamini, B12 və C vitamini yaşla bağlı zəifliklərin qarşısını almaqda mühüm rol oynayır. Ancaq bu əlavələr həkim nəzarətində qəbul edilməlidir. Həddindən artıq D vitamini intoksikasiyaya, kalsium isə qəbizliyə səbəb ola bilər.

7. Təbii qidalar: Qocalmanı yavaşladır

Sitrus meyvələri (limon, portağal, nar, kivi): C vitamini ilə zəngin olub dərini qoruyur. Balıq, yoğurt, yumurta: Zülal mənbəyi olub əzələ və sümük toxumasını möhkəmləndirir. Qoz, badam, fındıq: Maqnezium və kalium ehtiva edərək sinir və əzələ sistemini dəstəkləyir.

8. Kafi su qəbulu: Dərinin təravətini qoruyur

Gün ərzində bol su içmək bədən funksiyalarını tənzimləyir və dərinin elastikliyini artırır. Qəhvə və çay suyun yerini tutmur.

9. Qəbizliyin qarşısını almaq: Aktivlik və balanslı qidalanma

Qəbizliyin əsas səbəbi hərəkətsizlik və həddindən artıq şəkər qəbuludur. Su içmək və lifli qidalarla qidalanmaq bu problemi aradan qaldırır.

10. Hər şeyin dozasında olması: Balanslı həyat prinsipi

Məhdudiyyətlərsiz, lakin ölçülü şəkildə yaşamaq – nə artıq, nə az. Bütün bu davranış formaları birlikdə sağlam və gənc qalmağa yardımçı olur.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
qaynarinfo.az

1Mənbələr